Məhkəmə müstəntiq barəsində xüsusi qərar verdi
Özünü vəkil kimi təqdim edərək 180 min mənimsəyən qadının işi prokurorluğa qaytarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında Nüşabə Baxışovanın vəkili Elman Ağayev vəsatətlə çıxış edib. O, cinayət işinin istintaqını aparan müstəntiqin kobud qanun pozuntusuna yol verdiyini deyərək, işin icraatının dayandırılması və prokurorluğa qaytarılmasını istəyib. Vəsatət təmin edilib. İş istintaqa qaytarılıb, həmçinin kobud qanun pozuntusuna yol verdiyi üçün müstəntiq barəsində xüsusi qərardad çıxarılıb.
Nüşabə Baxışova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli-miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. İttihama əsasən, Nüşabə Baxışova özünü vəkil kimi təqdim edib və bir qrup vətəndaşın işini məhkəmələrdə həll edilməsi barədə vəd verib. O 16 vətəndaşın ümumilikdə 180 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
Miq.az