Məhkəmə "Qızıl Məryəm”in qətl işi ilə bağlı qərar verdi

Məhkəmə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Qızıl Məryəm” ləqəbli iş adamı Namet-zadə Məryam Tofiq qızını qətlə yetirməkdə təqsirləndirilən onun qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və dostu Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Miq.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə ilkin baxış iclası keçirilib. Müdafiə tərəfi vəsatət verərək cinayət işində ailə sirrinin pozulması və adıkeçən şəxslərin intim münasibətlərinə dair məlumatlar olduğu üçün prosesin qapalı keçirilməsini istəyib. Məhkəmə kollegiyasının qərarı ilə vəsatət təmin olunub və proses qapalı elan edilib.

Qeyd edək ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində 41 bıçaq zərbəsi vurulmuş meyiti tapılıb.

Cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az