Müsəlman dövlətlərinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sammitlərinin birində Həcc ziyarəti ilə bağlı yeni məsələ gündəmə gətirəcək.
Modern.az saytının diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, quruma üzv ölkələr Məkkəyə gerçəkləşən ziyarətlərdə ortaq nəzarət mexanizminin yaradılması təklifi ilə çıxış edəcəklər. Məqsəd isə Həcc ziyarəti zamanı yaşanan xoşagəlməz halların, ölüm hadisələrinin qarşısını almaqdır.
Bildirilir ki, Məkkəyə edilən ziyarətlərdə zəvvvarlarla əlaqədar məsələlərin Səudiyyə Ərəbistanının kurasiyasından çıxarılması və yeni ortaq nəzarət modelinin yaranması aktuallıq kəsb edir.
Təşkilat sonuncu Həcc ziyarəti zamanı yaşanan böyük insan faciəsindən sonra bu qərara gəlib.
Məlumatda o da qeyd edilir ki, artıq İƏT-ə üzv dövlətlərin əksəriyyəti bu məsələ ilə razılaşıblar. Bundan xəbər tutan Səudiyyə Ərəbistanı isə yeni təkliflə çıxış etmək niyətindədir.
Qeyd edək ki, İƏT-in Xarici İşlər Nazirləri Şurasının bu ilin may ayının 27-28-də Küveytdə 42-ci sessiyası olub. Şura ildə bir dəfə toplanır.
İƏT dövlət və hökumət başçılarının zirvə toplantısı isə 3 ildən bir keçirilir. Axırıncı zirvə toplantısı 2013-cü ildə Qahirədə olub. Belə bir tədirin növbəti dəfə Türkiyədə olacağı gözlənilir.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?