Mərdəkanda hamilə arvadını öldürüb, basdıran şəxsin məhkəməsi başlayıb-FOTOLAR

Mərdəkanda hamilə arvadını öldürüb, basdıran şəxsin məhkəməsi başlayıb-FOTOLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində Altay Həsənovun (1975-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Miq.az-ın məlumatına görə, bu il avqustun 16-da Sabirabad rayon sakini 1-ci polis bölməsinə müraciət edərək, Mərdəkan qəsəbəsində yaşayan bacısı, 34 yaşlı Yasəməndən iki gündür ki, xəbər olmadığını bildirib. Daxil olan şikayətlə əlaqədar  araşdırma başlanılıb və məlum olub ki, qadın yaşadığı Qasımov küçəsində qeyri-rəsmi yaşadığı Altay Həsənov tərəfindən qətlə yetirilib. Yasəmən Novruzovanın  
meyiti ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb və müayinəyə göndərilib, Həsənov isə saxlanılaraq istintaqa təqdim edilib.

Cinayəti törədən əvvəllər məhkum olunan Altay Həsənov buna qədər bir neçə dəfə qeyri-rəsmi ailə həyatı qurub, hər dəfə də qadınları döydüyü üçün onlar 2-3 aydan sonra ondan ayrılıblar. Yasəmən Novruzova 4 aylıq hamilə olub.

Dindirmə zamanı Həsənov bildirib ki, gecə saat 1 radələrində həyat yoldaşı əmisi oğlu ilə mobil telefonla danışıb. Buna görə, o əsəbiləşib və arvadını plastik boru ilə döyməyə başlayıb. Nəticədə Yasəmən aldığı ağır xəsarətlərdən ölüb. 

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış noyabrın 30-a təyin edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az