Məscidin minarələrinə sinayperlər yerləşdirildi: DİQQƏT, MƏHKƏMƏ GEDİR!

Məscidin minarələrinə sinayperlər yerləşdirildi: DİQQƏT, MƏHKƏMƏ GEDİR!
Türkiyədə Fəthullahçı Terror Təşkilatının dövlət çevrilişinə cəhd göstərdiyi 15 iyulda öz vəzifə yerinə getmədikləri və xalqın müqavimətini qırmağa cəhd göstərdikləri iddiası ilə mühakimə olunan 29 polisin məhkəməsi davam edir. 

Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, İstanbul 22-ci Ağır Cəza Məhkəməsinin Silivri qapalı cəza icra qurumunun qarşısında yerləşən məhkəmə salonunda ikinci məhkəmədə prezident Rəcəb Tayyib Ərdoğanı qorumaq üçün Tarabya Huber Köşkünə getməsi lazım olan, ancaq vəzifələrini yerinə yetirməyən polislərlə birlikdə vəkilləri də iştirak edib. 

İttihamları qəbul etməyən müttəhim Adil Tiftik Sarıyer qoruma büro idarəsində işlədiyini, 15 iyul günü səhər çalışdığını, işdən sonra evə getdiyini bildirərək axşam saat 21.00 radələrində televiziyada bir hərəkətlilik olduğunu gördüyünü deyib. Müttəhim Tiftik televiziyada gördüklərinə əvvəl məna vermədiyini ifadə edərək, müdafiəsinə belə davam edib: 

"Saat 22.00 radələrində Whatsapp qrupumuzdan direktor köməkçimiz mənə zəng etsin deyə mesaj atdı. Zəng elədim, 15 saniyə danışdıq. "Deyəsən çevriliş olur, şəxsi heyətinə sahib çıx" dedi. Şok olduq, başa düşmədik. Televiziyalardan izləməyə başladıq. Uşağım əlildir mənim, daha əvvəl temperaturu 40-a qalxdı deyə reanimasiyada qalmışdı. Narahatlığı da davam edirdi. Zəng edən adama "Diqqətli olun, polad paltarlarınızı geyinin" şəklində təlimatlar verdim. Gecə boyu mənə hər hansı bir tapşırıq verilmədi. Uşağımın xəstəliyini bildikləri üçün. Səhər saat 05.00-06.00 arası uşağımın narahatlığı azaldı. Rayon Polis İdarəsinə getdim. Dostlarla 2 saat vəziyyəti qiymətləndirdik, o gün icazəli olmama baxmayaraq özüm getdim. Səhər 08.00-da Huber Köşkünə göndərildim. Getdim, gecə gec saatlara qədər qaldım. Heç bir yerə getmədim, vəzifəmi yerinə yetirdim". 

"Əsgərlər gələrsə, müqavimət göstərməyin, silahlarınızı təhvil verin" şəklində bir ifadə verdiyi istiqamətindəki iddialar üçün isə, müttəhim Tiftik, "İfadə sahibləri bunu məndən eşitməyib. Hər kəs bir-birindən eşidib" - deyərək, iddiaları rədd edib. 

4 gün davam edəcək məhkəmədə iclas zalının ətrafında genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb. Hətta məscidin minarələrinə snayperlər yerləşdirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az