Dünyanın ən populyar modellərindən biri, transgender Andrey Pejiç Londonda keçirilən Yüksək Moda Həftəsində dünən podiuma çıxıb.
Milli.Az Styles-a istinadən bildirir ki, o, tanınmış dizayner Cayls Dikonun yeni kolleksiyasının reklam "sima"larından biri idi.
23 yaşlı serb model bununla da qadın qismində ilk defilesinə qatılıb.
Ötən ilin ortalarınadək cinsi mənsubiyyət baxımından kişi olan Andrey Pejiç cinsiyyətin dəyişdirilməsi əməliyyatı keçirib və artıq qadındır.
Kulislərdə model Kendal Cennerlə birlikdə olan Pejiçin dediyinə görə, özünü qadın kimi əla hiss edir.
"Transgenderdim və cinsiyyətim kişi olsa da, həmişə qadın kimi geyinir, qadın kimi davranırdım. İndisə qadınam və əhvalım da gözəldir. Karyeramda yeni dövr başlanır", - Pejiç söyləyib.
Yaxın həftələrdə Milan və Parisdə keçiriləcək Yüsək Moda Həftələrinə qatılacaq modelin sözlərinə görə, kinorejissor Sofi Koppolanın yeni filminə də çəkiləcək.


Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR