Bir qrup gənc Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Bakı Metropolitenində maraqlı və kreativ aksiya həyata keçiriblər.
Vizualxəbər verir ki, layihənin məqsədi Üzeyir Hacıbəyovun 130 illik yubileyini əbədiləşdirmək, onun əsərlərini cəmiyyətə tanıtmaq və kreativ şəkildə dahi şəxsiyyəti yad etmək olub.
Metronun qatarlarından birində qəflətən 20 nəfərə qədər musiqiçi Üzeyir Hacıbəyovun bəstələdiyi Arazbarı əsərini maraqlı tərzdə ifa edib. Keçirilmiş fleşmobun nəzərə çarpan əsas xüsusiyyəti isə klassik kompozisiyada istifadə olunan alətlərin əvəzinə milli alətlərdən istifadə olunmasıdır. Beləki, layihədə saz, tar, kamança, ud və digər milli alətlərdə gənclərin ifasını görmək olardı.
Xatırladaq ki, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə dünyaya gəlmişdir. Şərqdə ilk operanın və hazırda Azərbaycan Respublikasının dövlət himninin müəllifidir.
Layihə metro istifadəçiləri və cəmiyyət tərəfindən çox böyük təəccüb və maraqla qarşılanıb./Qaynar.info
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL