Sumqayıtda yaşı 65-dən yuxarı olan 4 ümumtəhsil məktəbinin direktoru təqaüdə göndərilib.
Vizual.azxəbər verir ki, bu haqda Xeberle.сom-a Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Teymur Səmədov məlumat verib. O deyib ki, bu tədbirlər qanunvericiliyə uyğun olaraq həyata keçirilib. Şöbə müdiri bildirib ki, 11 saylı məktəbin direktoru Ofelya Babayeva, "Təfəkkür” liseyinin direktoru Bəsirə Ağayeva, 27 saylı məktəbin direktoru Əlifxan Məmmədov və 40 saylı məktəbin direktoru Ofelya Quliyevanın dekabrın 7-də işdən azadolunma haqqında əmrləri verilib. Onun sözlərinə görə hazırda həmin məktəblərə yeni direktorlar təyin olunmayıb və bu vəzifələr müvəqqəti icra edilir.
Məlumat üçün bildirək ki, hazırda 11 saylı məktəbin direktoru vəzifəsini Sumqayıt Təhsil şöbəsinin metodisti Ulduzə Həsənova, 27 saylı məktəbdə Tarix müəllimi Valid Mustafayev, "Təfəkkür” liseyində və 40 saylı məktəbdə isə direktor müavinləri icra edir.
Qeyd edək ki, hazırda Sumqayıt şəhərində 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir.
Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisəsidir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?