"Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları davam etdirilir.
Bu barədə Publika.az-a "Azneft" İstehsalat Birliyində operativ qərargahından məlumat verilib.
Məlumatda bildirilib ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri, 1 təyyarəsi, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi "Günəşli”, "Şahdəniz”, "Ümid” yataqları, Çilov adasının şimal-qərb istiqamətində axtarışları davam etdirir. Bu saata qədər isə itkin düşənlərdən tapılan olmayıb.
Yataqda yanğının söndürülməsi üçün 3 gəmi cəlb olunub, 2 gəmi isə ehtiyatda gözləyir. Bundan başqa, xarici mütəxəsislər ”Şıxlinski” gəmisində yanğının söndürülməsi üçün avadanlıqların quraşdırılması üzərində işləyir. İşlər başa çatandan sonra onlar da yanğının söndürülməsinə başlayacaqlar.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Trend-ə bildirib ki, "Günəşli" yatağındakı yanan 10-cu özüldə neft quyuları tam söndürülüb.
Onun sözlərinə görə, bu, mümkün neft dağıntılarına görə ekoloji fəlakətin qarşısını tam almağa imkan verdi. Yanan qaz quyularının söndürülməsi yekun mərhələdədir.
N.Quliyev bildirib: "Biz onları qısa müddət ərzində söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platforma yenidən qurulacaq. Bundan sonra quyular yenidən istismara veriləcək".
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?