Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında həmin bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirəcək.
Bu barədə VİZUAL.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, imtahanda ABB-nin 710 nəfər əməkdaşının iştirakı nəzərdə tutulur.
ABB-nin işçilərinin biliyinin qiymətlədirilməsi dörd istiqamət - Xəzinə işi, Əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılır və iştirakçılara 100 test tapşırığı təqdim olunur. Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aid suallar və 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən suallardır.
İmtahan dekabrın 19-da Bakı şəhərində, Bakı Kristal Zalında iki növbədə təşkil olunacaq. I növbə saat 10:00-da, II növbə saat 15:00-da başlanacaq və hər imtahan 3 saat ərzində aparılacaq.
İmtahana buraxılış şəxsiyyət vəsiqəsi və "İmtahana buraxılış vərəqəsi” əsasında aparılacaqdır. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün iştirakçılar imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?