"ANS onunla bağlı ağzından bir az köndələn söz çıxaran hər
kəsi imici və işgüzar nüfuzunu qorumaq adı altında məhkəməyə verir. Lap
yaxşı da eləyir. Amma gərək özünə rəva bilmədiyini başqasına da
bilməyəsən".
Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.
Onun fikirincə, belə yol seçənlər özləri də danışıq və davranışlarına
diqqət etməlidirlər: "Hər şeyi məhkəmə müstəvisində həll etməyə cəhd
göstərənlər öz ağızlarından çıxanlara da fikir versələr yaxşı olardı.
Məsələn, Mirşahin Ağayev anspress.com saytına açıqlamasında belə deyib:
"Nuşirəvan Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox
aaa.. Məhz Xoşqədəm xanımla”.
İndi bu, sözdən yapışıb onun
özünü məhkəməyə vermək olarmı-olmazmı? "Bu, böhtandımı, deyilmi?
Şuranın, onun sədrinin hər hansısa aparıcı ilə nə işi var axı? Nə vaxtsa
açıqlamalarımızda Xoşqədəmin, yaxud da hansısa başqa aparıcının adını
çəkmişikmi? Yox. Biz hər dəfə demişik ki, qanun qarşısında cavabdeh olan
yayımçı və onun məsul şəxsləridir, aparıcı yox.
Bunun müqabilində belə açıqlamasının onun özünün əleyhinə işləyə biləcəyini Mirşahin yəqin ki, yaxşı bilir. Şuranın iclasında daha sərt qərar verilməsin deyə muma dönmək, məqsədə nail olduqdan sonra isə aslana çevrilmək müəyyən bir xarakterin göstəricisi olsa gərək".
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”