Misir təyyarəsi partladılıb-CNN

Misir təyyarəsi partladılıb-CNN
 ABŞ xüsusi xidmət orqanları Aralıq dənizində itkin düşən "EgyptAir” təyyarəsinin göyərtəsində partlayıcı qurğunun işə salındığını ehtimal edirlər.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə CNN telekanalına ABŞ xüsusi xidmət orqanlarındakı mənbə bildirib.

Məlumata görə, əldə olunan ilkin məlumat bombanın partladığını ehtimal etməyə əsas verir.

ABŞ xüsusi xidmət orqanları Fransa və Misirin müvafiq qurumları ilə əməkdaşlıq edərək kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirir. Qeyd edək ki, Parisdən Qahirəyə uçan "EgyptAir” hava şirkətinə məxsus MS804 təyyarəsi Aralıq dənizi üzərində olarkən radarlardan itib. Onun göyərtəsində 56 sərnişin və 10 heyət üzvü olub. Onların taleyi barədə hələlik heç bir məlumat yoxdur. (APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az