AZƏRBAYCAN YENƏ CƏRİMƏLƏNDİ
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb.
Veteninfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev açıqlamasında deyib ki, “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sarvan Rizvanovun iddiası əsasında çıxarılan qərarda məhkəmə onun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə təminat verilən hüququnun pozulduğu qənaətinə gəlib.
Qərara əsasən, Azərbaycan hökuməti S. Rizvanova mənəvi ziyana görə 4500 avro, məhkəmə xərclərinə görə isə 3000 avro ödəməlidir.
Qeyd edək ki, S. Rizvanov 2005-ci il noyabrın 9-da “Azadlıq” blokunun “20 Yanvar” metrosundan Dövlət Film Fondunun qarşısına kimi nəzərdə tutulan marşrutda icazəli keçirilən yürüş-mitinqi zamanı foto-çəkiliş apararkən Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Çingiz Məmmədov tərəfindən zorakılığa məruz qaldığını iddia edib.
Onun ölkədaxili məhkəmələrdə həm cinayət, həm də mülki icraat qaydasında qaldırdığı şikayətlərin hamısı rədd olunub. Jurnalistin pis rəftara məruz qalmaq və digər hüquqlarının pozuntusu ilə bağlı şikayəti 2006-cı ilin iyulunda Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.
Qeyd edək ki, müxalifət mətbuatının “Mitinq Çingiz” adı verdiyi rəis müavini bir neçə il əvvəl təqaüdə göndərilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR