Moskvada erməni diaspor sədri güllələndi

Moskvada erməni diaspor sədri güllələndi
Papazyan həm də iş adamı olub

Moskvada erməni biznesmen güllələnib. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Arsen Papazyan şəhərin mərkəzində, naməlum şəxs tərəfindən evinin qarşısında güllələnib. Güllələr onun ağciyərlərini zədələyiblər. 
Papazyan həm Voronej vilayətinin ictimai palatasının üzvi və "Ani" erməni mədəni-xristian icmasının sədri olub. Papazyan inşaat işi ilə məşğul olurdu və erməni diasporasının nüfuzlu simalarından biri hesab edilirdi. 45 yaşlı erməni iş adamı  Voronejdəki erməni diasporasının lideri adlandırılırdı. 
Polis qətlin sifarişli olduğu qənaətindədir.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az