“Münaqişəni həll etməyin vaxtı çoxdan çatıb” - Sarkisyan

“Münaqişəni həll etməyin vaxtı çoxdan çatıb” - Sarkisyan
"Həm Ermənistan, həm də Azərbaycan - hər iki tərəf münaqişənin tezliklə həllini istəyir. Lakin tərəflərin münaqişəyə baxışı, yanaşması arasında kəskin fərqlər var"

AzVision.az xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan AŞPA-nın qış sessiyasında alman deputatın "dünya birliyi münaqişənin həllinə necə kömək edə bilər?" sualını cavablandırarkən deyib.
Sarkisyan münaqişənin Ermənisyana mənfi təsir etdiyini etiraf edib:

"Münaqişə inkişaf üçün maneədir, konflikt insan hüquqlarına təsir edir, tərəflərin xeyli maliyyə itirməsi ilə nəticələnir. Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çoxdan çatıb. Lakin danışıqlar prosesinə təsir edən məqamlardan biri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşlər zamanı əldə olunan razılaşmaların həyata keçirilməsidir. Ona görə də hazırda əsas olan münaqişə tərəfləri arasında inam mühitinin yaradılmasıdır. Dünya birliyinin münaqişənin həllinə necə təsir etməsinə gəldiksə isə, dünya birliyi hər iki tərəfi daha realistik mövqeyə yaxınlaşdıra bilər”, - Sarkisyan alman deputata cavabında deyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az