Vətəninfo.az xəbər verir ki, FİFA-nın internet saytından yayılan xəbərdə Dünya Kubokunun ən yaxşı futbolçularının təyin olunduğu "Adidas Qızıl Top Mükafatı"na namizəd 10 futbolçu ilə turnirin ən yaxşı qapıçısına verilən "Qızıl Əlcək" və "Ən Yaxşı Gənc Oyunçu" mükafatlarına namizəd 3 futbolçu təyin olunub. ANS PRESS-in məlumatına görə, FIFA Texniki Araşdırma Qrupunda mütəxəssislərin analiz və araşdırmaları nəticəsində yaradılan siyahılarda mükafat alan futbolçular, Bakı vaxtı ilə 14 İyul Almaniya ilə Argentina arasında oynanacaq final matçının ardından açıqlanacaq. FİFA-nın "Qızıl Top", "Qızıl Əlcək" və "Ən Yaxşı Gənc Oyunçu" mükafatları üçün irəli sürdüyü namizədlər isə bunlardır:
"Qızıl Top" namizədləri
- Anxel Di Maria (Argentina)
- Mats Hummels (Almaniya)
- Toni Kroos (Almaniya)
- Filipp Lam (Almaniya)
- Xavyer Maşkerano (Argentina)
- Lionel Messi (Argentina)
- Tomas Müller (Almaniya)
- Neymar (Braziliya)
- Aryen Robben (Hollandiya)
- Ceyms Rodriges (Kolumbiya)
"Qızıl Əlcək" namizədləri
- Keylor Navas (Kosta Rika)
- Manuel Nouyer (Almaniya)
- Serxio Romero (Argentina)
"Ən Yaxşı Gənc Oyunçu" namizədləri
- Memfis Depay (Hollandiya)
- Pol Poqba (Fransa)
- Rafael Varan (Fransa)
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR