«Müsavat Pariyasında heç bir narazılıq yoxdur. Siyavuş Novruzov sadəcə bunu arzu edir».
Bunu Vətəninfo.az saytına açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun İsa Qəmbərin namizədliyini Müsavatda çox az adamın istədiyi fikrinə münasibət bildirərkən deyib: «Müsavat Partiyasının məclisində çəkilən görüntülər yayılıb. Orada İsa Qəmbərin namizədliyi irəli sürüləndə və qərar oxunanda yekdilliklə səs verilib. Bir nəfər də o qərarın əleyhinə səs verməyib. Siyavuş Novruzov yəqin ki, arzuladığı fikri dilinə gətirir. Belə bir şey baş verməyib. O zaman İsa Qəmbərin namizədliyinin irəli sürülməsi haqqında divanda bir razılaşma var idi. Namizədliyin məclisdə irəli sürülməsi tövsiyyə olunurdu ki, bu da bizim nizamnaməyə uyğun idi. Onda da Siyavuş Novruzov bildirirdi ki, İsa Qəmbərin namizədliyinin irəli sürülməsini divanda heç kim istəmir. Daha sonra deyəcək ki, İsa Qəmbərin namizədliyini özündən başqa heç kim istəmir. Müsavatda belə bir fakt olmayıb və bundan sonra da olacağı gözlənilmir».
Qeyd edək ki, yanvarın 4-də Müsavat Partiyası Məclisinin toplantısında partiya başqanı İsa Qəmbərin bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülüb.
Firudin
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR