NATO-nun baş katibi Yens Stoltenberq bir həftədən sonra Gürcüstana səfər edəcək.
Vətəninfo.az məlumat verir ki, APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.
Bundan Yens Stoltenberqin avqustun 26-27-də Gürcüstana ikigünlük səfər edəcəyi bildirilirdi. Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze isə Tiflis yaxınlığındakı Vaziani hərbi bazasında yaradılacaq NATO-nun Gürcüstanla müştərək təlim mərkəzinin sentyabradək açılacağını bildirmişdi.
"NATO-nun baş katibi bir həftədən sonra Gürcüstana səfər edəcək. Biz təlim mərkəzini istifadəyə veririk. NATO-nun baş katibin səfəri bizim üçün çox əhəmiyyətlidir. Guya ki təlim bazası açılır deyərək bu mərkəzlə bağlı bir çox spekulyasiyalara yol vermişdi. Bu bizim hərbçilər üçün nəzərdə tutulmuş təlim-tədris mərkəzidir. Məqsəd hərbçilərimizin NATO standartlarına uyğun olacaq hazırlıq səviyyəsini artırmaqdır”, deyə baş nazir bildirib.
"Rustavi-2” telekanalının məlumatına əsasən, təlim mərkəzinin açılışı Yens Stoltenberqin Gürcüstana səfəri çərçivəsində baş tutacaq. NATO baş katibinin Gürcüstanda səfərinin gündəliyi həftənin sonunadək XİN tərəfindən elan ediləcək. Mərkəzdə Alyansa üzv olan və NATO-nun tərəfdaş ölkələrinin hərbçiləri təlim keçəcək.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat