NATO qırıcısından təhlükəli hərəkət - Rusiya müdafiə naziri HƏDƏFDƏ

NATO qırıcısından təhlükəli hərəkət - Rusiya müdafiə naziri HƏDƏFDƏ
NATO-nun F-16 qırıcısı Baltik dənizinin neytral sularının üzərində Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb.

Publika.az xəbər verir ki, bu haqda "RİA-Novosti” agentliyi bildirib.
Məlumata görə, NATO təyyarələri Kalininqrada uçan Şoyqunun təyyarəsini müşayiət etmək istəyirdi. Rusiyalı nazir Su-27-lərdən ibarət dəniz aviasiyasının qırıcılarının mühafizə dəstəsi ilə uçurdu.
NATO-nun F-16 qırıcılarından biri Rusiya müdafiə nazirinin olduğu təyyarəyə yaxınlaşıb. Su-27 manevr edərək qanadlarındakı silahları NATO qırıcısına "göstərib”. Bundan sonra F-16 geri çəkilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az