Azərbaycan Xalça Muzeyində qanun pozuntuları barədə məlumat Mədəniyyət və Turizm Nazirliyi tərəfindən araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Vizual.az-a verilən məlumata görə, araşdırmaların nəticəsi olaraq, Mədəniyyət və Turizm Nazirliyinin 27 noyabr 2015-ci il tarixli, 547 nömrəli əmri ilə Muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə Azərbaycan Xalça Muzeyinin baş mühasibi Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilib.
Həmçinin, Azərbaycan Xalça Muzeyinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL