Azərbaycanın premium kinoteatrı "28 Cinema”nın adı dəyişdirilib. Bundan sonra kinoteatr "CinemaPlus” adlandırılacaq.
Rebrendinq layihəsi yalnız kinoteatrın adının dəyişdirilməsi ilə kifayətlənmir. Belə ki, layihə çərçivəsində kinoteatrın loqosu,əməkdaşların forması tam dəyişdirilib, həmçinin daxili interyerlərin dizaynları təkmilləşdirilib və çap məhsullarında da dəyişikliklər edilib.
Kinoteatrın divarlarının işıqlandırılmasında da fərqlilik edilib. Bundan əlavə, kinoteatr yeri reklam daşıyıcılarının tətbiqinə başlayıb. Bunun nəticəsində bütün yerli şirkətlər daha effektiv reklam vasitələrindən istifadə edə biləcəklər. Qeyd edək ki, kinoteatrın korporativ dəyişikliyində"Mən” korporativ brendinq” şirkəti fəal iştirak edib.
Kinoteatrdan bildirirlər ki, vahid yeni üsluba keçid inkişafda mühüm mərhələdir. Artıq tamamilə yenilənmış "CinemaPlus” hər zaman olduğu kimi öz tamaşaçılarını premyeralar və yeni layihələr ilə sevindirməyə hazırdır./Modern.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL