Təhsil Nazirliyi Sabirabadda şagirdini xilas edərkən çayda boğulan müəllimin ailəsinə ev tikib. Bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə yazıb:
"Bu gün Sabirabad rayonunun Cavad kəndində 5 ay bundan əvvəl öz həyatı hesabına məktəbli qızı xilas etmiş Əhliman müəllimin hüzr mərasimində iştirak etdik. Təhsil Nazirliyinin rəhbərliyinin başsağlığını Əhliman müəllimin ailəsinə çatdırdıq. Bu səfər zamanı eyni zamanda Əhliman müəllimin ailəsi üçün Təhsil Nazirliyi tərəfindən yeni inşa olunan mənzilə baxdıq. İnşallah bu mənzil yaxın iki aya istifadəyə veriləcək.
Allah rəhmət etsin!"
Kür çayında batan və itkin düşən 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlunun meyiti 4 may tarixində batdığı yerdən 3-4 kilometr aralıda tapılıb.
Xatırladaq , 05 dekabr 2014-cü ildə Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, Əhliman Hüseynov “VAZ 2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb. Həmin vaxt avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı xilas edilsə də, sürücünü xilas etmək mümkün olmayaıb. Onun meyitinin axtarışları bir nəticə vermədiyindən axtarışlar dayandırılıb.
ANS
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR