Neft qiymətlərində rekord sıçrayış

Neft qiymətlərində rekord sıçrayış

Dünya birjalarında neftin bahalaşması davam edir.

Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində VTI neftinin qiyməti 1 barrelə görə 0,62 dollar artaraq 51,68 dollar təşkil edib.

İCE London qitələrarası birjasında "Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,52 dollar artaraq 54,46 dollar olub.

Qeyd edək ki, "Brent” markalı neftin qiymətində 2009-cu ildən bəri görünməmiş rekord artım müşahidə olunur. Həftə ərzində "Brent” markalı neft 12,3%, VTI isə 11,4% bahalaşıb.

Nefti bahalaşdıran əsas səbəb OPEK-ə üzv ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılıqdır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az