Neftin qiyməti 51 dolları keçib

Neftin  qiyməti 51 dolları keçib
Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,67 dollar yaxud 1,33% bahalaşıb.

Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,21 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 50,54 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az