Azərbaycanın ən böyük mağazalar şəbəkəsi olan "Neptun” müştərilərinə köhnə mal satır.
Vizual.azxəbər verir ki, bu barədə AzNews.az-a daxil olan şikayətdə bildirilir. Məlumata görə, şəbəkənin Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yerləşən filialından alış-veriş edən müştərinin aldığı piroq köhnə çıxıb. Nəticədə müştərinin azyaşlı övladı zəhərlənib.
Faktı "Neptun” mağazalar şəbəkəsindən də təsdiqləyiblər. Mağaza ilə əlaqə saxlayan əməkdaşımıza bildirilib ki, baş vermiş hadisədən sonra mağazada həmin şirkətə icarəyə verilən şirniyyat bölməsi bağlanılıb: "Hadisədən sonra dərhal həmin şirkətlə əlaqə saxladıq. Artıq həmin şirkətin mağazamızla heç bir əlaqəsi yoxdur. Mağaza daxilində onlara icarəyə verilən bölməni də artıq bağlamışıq”.
Mağazadan verilən məlumata görə, həmin piroq "Azun” şirniyyat evinin məhsuludur.


TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL