Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsinin 200-dən çox neftçisi Bakı-Qazax avtomobil yolunun Qobustan ərazisindən keçən hissəsini bağlayıblar.
Bu barədə APA-nın Mil-Muğan bürosuna aksiya keçirən neftçilər məlumat veriblər.
Bu gün saat 10:00 radələrində aksiyaya başlayan Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsinin Bakı-Qazax yolunun Qobustan ərazisindən keçən hissəsini bağlayıblar və nəticədə yolda böyük tıxac yaranıb. Yolun bağlanması bu saatlara qədər davam edir. Neftçi fəhlələrin narazılığı onların İdarəsinin bağlanması və bütün işçilərin ixtisara düşməsi ilə bağlıdır. Hələlik aksiya iştirakçıları ilə heç bir dövlət qurumu, o cümlədən ARDNŞ-in səlahiyyətliləri görüşməyib. Aksiya davam edir.
Məsələ ilə bağlı İdarədən daha ətraflı məlumat almaq mümkün olmayıb.
ARDNŞ-in bu günlərdə yaydığı rəsmi məlumata əsasən isə, şirkətin strukturunda aparılan islahatlar strukturun optimallaşdırılması və məsrəflərin azaldılması məqsədi ilə aparılır. İxtisara düşən işçilərə isə vakant iş yerləri, o cümlədən «Azəriqaz» İB-də və ARDNŞ digər bölmələrində iş təklif olunur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR