Nikol sələfləri ilə qapalı dairə yaradır - KİV

Nikol sələfləri ilə qapalı dairə yaradır - KİV

Ermənistandakı vəziyyət məxməri inqilabdan sonra hansısa müddət konstruktiv xarakter daşıyırdısa, indi o, xüsusilə, postmüharibə dövründə destruktiv vəziyyətə keçir.

Miq.Az xəbər verir ki, bu iddia ilə "1in.am” saytı çıxış edib.

"Əgər böyük dəstək yox, böyük etibardan istifadə edən Nikol Paşinyan keçmiş sistem qarşısında üstünlük hesabına siyasi meydanı balanslaşdıracaq yeganə qüvvədirsə, o zaman bu qapalı dairəyə çevrilir. Cəmiyyət qarşısında hədəf bu dairədən içəri keçməkdir ki, bu da yeni siyasi keyfiyyət və mahiyyət halında baş verə bilər. Lakin bu, mütləq institutlaşdırılmalıdır. Hazırda bu məsələ Ermənistan üçün ümumdövlət əhəmiyyəti daşıyır. Mövcud qüvvələr balansı Ermənistanın ictimai-siyasi orqanizmini pozur, onu iflic edir. Ölkənin suverenliyinə təkcə xarici aqressiya, daxili təlatüm yox, həm də qapalı dairədəki siyasi dövrlər də təhdid yaradır” – məlumatda bildirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az