Niva"nın yaradıcısı öldü

Niva
Rusiyanın məşhur "Niva" markalı avtomobilinin yaradıcısı Petr Prusov ölüb.

Miq.az  APA-ya istinadən xəbər verir ki, P. Prusov 76 yaşında vəfat edib.

P. Prusov 1972-ci ildə "Niva" layihəsinin rəhbəri təyin edilib. "Niva"-nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. "Niva" dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib.

P. Prusov 1998-ci ildən 2003-cü ilə, yəni pensiyaya çıxana qədər "AvtoVAZa" avtokonserninin baş mühəndisi olub.
 
Miq.az  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az