Nobel prospektində avtomobillə ana ilə iki uşağı vuran sürücü 9 il cəza alıb - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Orxan Heydərovun CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Miq.az-ın məlumatına görə, bu il iyulun 15-i axşam saat 17 radələrində Xətai rayonunun Nobel prospektində Orxan Heydərov idarə etdiyi "Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qarayevanı, onun azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub. Hər üç piyada yerində ölüb. Sürücü Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.