Obamanın vida edəcəyi tarix AÇIQLANDI

Obamanın vida edəcəyi tarix AÇIQLANDI
ABŞ prezidenti Barak Obama vida nitqi ilə yanvarın 10-da çıxış edəcək.

Miq.az  "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Öz nitqimi hələ indi yazmağa başlayıram. Mən ona təşəkkür etmək, ölkənin son səkkiz ildə daha yaxşı olduğu istiqamətləri qeyd etmək, həmçinin bundan sonra hara doğru hərəkət etmək barədə fikirlərimi söyləmək üçün fürsət kimi baxıram", - deyə mətbuat xidməti Obamanın sözlərini sitat gətirib.
Ötən ilin noyabrında seçilmiş ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az