Ohanyanın Moskvaya sirli səfəri: Putinin Ermənistanda YENİ PLANI

Ohanyanın Moskvaya sirli səfəri: Putinin Ermənistanda YENİ PLANI
Rusiya Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana "stavka” edir.

Publika.az xəbər verir ki, bu barədə erməni jurnalist Sarkis Artsruni yazıb.

Onun sözlərinə görə, Ohanyan aprelin 2-dən sonra – Ermənistanda parlament seçkilərinin nəticələri açıqlanan kimi Moskvaya sirli səfər edib.

"Məlumatlara görə, Ohanyan Moskvada özünə "iş” axtarmağa gedib. Hazırda o, Moskvada "ehtiyatda olan kadr” kimi gözləyir. Lakin güman ki, onun yeni işi Rusiyada yox, Ermənistanda olacaq. Onunla eyni blokda olan Raffi Ovannisyan bildirdi ki, Ohanyan parlamentdən kənardakı bütün müxalifətin lideri olmalıdır. Görünür, Ohanyan müxalifətdəki rusların adamı missiyasına qayıdacaq. Hansı ki, 2000-ci illərdə keçmiş müdafiə naziri Vaqarşak Artünyan da eyni rolu oynayırdı. 2004-2005-ci ildə erməni müxalifəti Qərbə yönələn kimi Vaqarşak Moskvanın tapşırığı ilə bu planları alt-üst etdi”, - deyə erməni jurnalist yazıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az