Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Avropanın ən mötəbər musiqi festivallarından olan Qut-İmmlinq opera sənəti festivalının rəhbəri Lüdviq Baumandan teatrın simfonik orkestrinin bu festivalda iştirakı ilə bağlı rəsmi dəvət alıb.
Vətəninfo.az AZƏRTAC-a istinadla bildirir ki, orkestr bu festivalda səkkizinci dəfə çıxış edəcək.
Simfonik orkestr avqustun 4-dən 11-dək qastrol səfərində olacaq. Musiqiçilər avqustun 9-da festivalın möhtəşəm qala-konsertində çıxış edəcəklər. Konsertdə Qərbi Avropa bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarları Q.Qarayev, F.Əmirov, Niyazi, eləcə də Polad Bülbüloğlunun əsərləri səslənəcək.
Azərbaycan musiqiçilərinin festivalda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Qeyd edək ki, musiqiçilərimizin Qut-İmmlinq festivalında iştirakı hər dəfə böyük uğurla keçir və həm festivalın təşkilatçıları, həm də Almaniyanın KİV-ləri tərəfindən yüksək dəyərləndirilir.
Bavariyanın səfalı guşələrindən sayılan Qut-İmmlinq festivalında bu il Türkiyə, ABŞ, Latın Amerikası, Çin, Yaponiya da daxil olmaqla ümumilikdə 39 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, rejissor və dirijorlar iştirak edəcəklər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL