"Orta aylıq əmək haqqı artaraq 475,5 manat təşki edəcək"
Builki büdcə və ümumilikdə ölkənin inkişaf konsepsiyasında
makroqitisadi sabitliyin qorunması, diversifikasiyanın sürətlənməsi
müəyyən edilib.
Vətəninfo.az-ın Trend-ə istinadən
məlumatına görə, bunu İqtisadi inkişaf naziri Şahin Mustafayev
parlamentin büdcə zərfinə həsr olunmuş plenar iclasında səsləndirib.
Nazir
qeyd edib ki, büdcə hazırlanarkən mövcud risklər qiymətləndirilib,
neftin qiymətinin dəyişməsi prosesi təhlil edilib: "Nəticədə qabaqlayıcı
tədbirlərin görülməsi, riskləri nəzərə alan tədbirlər seçilməklə büdcə
hazırlanıb. Beynəlxalq Valyuta Fondu ilin sonuna kimi Azərbaycanın
iqtisadi inkişaf artımını 4 faizə qədər artırıb. Həmçinin ölkədə
qeyri-neft sektounun inkişafı imkan verir ki, ölkənin ümumilikdə
iqtisadi inkişafı dayanıqlığını qoruyub saxlaya bilsin”.
Nazir
əlavə edib ki, gələn ilin tikinti sektorunda 4,6 faiz azalma olacaq:
"İnformasiya və rabitə texnologiyaları sahəsində inkişaf davam edəcək.
Bu ilin sonuna 13,3 faiz artım nəzərdə tutulur, növbəti üç ildə isə 10, 3
faiz artım proqnozlaşdırılır. Gələn ildə yoxlamaların azaldılması,
inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri
sürətləndiriləcək. Sosial proqarmın icrası təmin ediləcək. Orta aylıq
əmək haqqı artaraq 475,5 manat təşki edəcək".
Eyni zamanda,
dövlət başçısının təklifi ilə dərman bazarında vəziyyətlə bağlı 2200-ə
yaxın dərmanın qiyməti müəyyən edilib. 53 fazininin iki dəfədən çox, 28
faizinin isə qiyməti üç dəfədən çox endirilib. Bu proses bütün dövlət
qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənənə kimi
davam etdiriləcək”.