Azərbaycanın ümumtəhsil məktəblərində fəaliyyət göstərən bufetlərdə yoxlamalar başlayıb.
Vətəninfo.az xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, bu cür yoxlamalar təmsil etdiyi qurum tərəfindən hər tədris ilində aparılır.
Hələlik nöqsanlardan danışmağın tez olduğunu qeyd edən Z.Kazımov bildirib ki, qurum aparılan araşdırmaların nəticəsini ilin sonunda açıqlayacaq: "Tədris ili hələ yeni başlayıb. Biz adətən hansı məktəbdə hansı nöqsanın qeydə alındığını respublika üzrə bütün məlumatları topladıqdan sonra açıqlayırıq. Amma konkret olaraq bir məktəb barədə rəsmi müraciət olanda biz bu barədə məlumat veririk”.
Qeyd edək ki, 2012-ci ildə prezident İlham Əliyev orta məktəblərin bufetlərində satılan ərzaq məhsulları ilə bağlı xüsusi göstəriş vermişdi. Həmin göstərişdən sonra təhsil müəssisələrində qida standartı qaydaları hazırlanıb. Dövlət standartı təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, keyfiyyətinə və qidanın qəbul şəraitinə, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən texnoloji şəraitə vahid tələbləri müəyyən edir.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”