Vətəninfo.az xəbər verir ki, Nobel ödüllü türkiyəli yazar Orxan Pamukun İstanbulun Bəyoğlu Cahangir məhəlləsindəki evinə oğru girib. Axar.az-ın məlumatına görə, istirahətə Amerikaya gedən yazar 15 günlük tətildən geri qayıdarkən İstanbuldakı evinin qapısının qırıq olduğunu görüb. Qapı kilidinin qırıldığını və içəriyə oğru girdiyini görən yazar dərhal polisə zəng vurub. Hadisə yerinə araşdırma qrupu cəlb olunub. Pamuk polisə evindəki kompüter və fotoaparatın aparıldığını deyib.
Yazar daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıb. Polis evin yerləşdiyi küçə ətrafında təhlükəsizlik tədbirləri görüb. Kitablarını yazmaq üçün kompüterdən istifadə etmədiyini deyən Pamuk evdə zinət əşyası və pul olmadığını da qeyd edib. Aparılan ilkin araşdırmada 2 şübhəli müəyyənləşdirilib. Oğruların foto-robotları hazırlanıb. Evdən götürülən əl izləri laboratoriyaya göndərilib. Oğruları tapmaq üçün axtarış elan edilib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR