“Çoxdan ölməli olan” 119 yaşlı qadının təqaüdü kəsildi – VİDEO

“Çoxdan ölməli olan” 119 yaşlı qadının təqaüdü kəsildi – VİDEO
İraq hökuməti 119 yaşı olan qadının təqaüdünün kəsilməsi barədə qərar verib.

Miq.az Publika.az-a istinadən xəbər verir ki, Süleymaniyyə vilayətində yaşayan qadınla bağlı verilən qərarın səbəbi Səlma Abdülkadirin "çox yaşlı” olmasıdır.

Qadın müvafiq qurumlara lazımi sənədləri də təqdim edib. Bu sənədlərdəki məlumatlarda onun 119 yaşında olduğu göstərilib. Ancaq dövlət onun yaşına inanmayıb və "çoxdan ölməli olduğunu” bildirərək təqaüdün verilməsini dayandırıb.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az