Papikyan fransız generalla nəyi müzakirə edib?
İyunun 9-da Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa prezidentinin hərbi müşaviri, hərbi kabinetin rəhbəri, ordu generalı Fabien Mandonla görüş keçirib.
Bakupost.az news.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Görüş zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində cari proses və perspektiv əməkdaşlıq proqramları ilə bağlı məsələlər müzakirə olunub.
Papikyan Ermənistan silahlı qüvvələrində islahatlarının gedişi və bu istiqamətdə Fransa ilə əməkdaşlığı təqdim edib.
Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib.