Noyabrda Parisdə törədilmiş terror aktlarının əsas şübhəlisi olan Salah Abdeslam Molenbekdə keçirilən xüsusi əməliyyatlar zamanı yaralı halda saxlanılıb.
Miq.az xəbər verir ki, bu barədə Belçikada nəşr olunan "Demiere heure” qəzeti məlumat yayıb.
Belçika və Fransa
polisləri martın 15-də Brüsseldə xüsusi əməliyyat keçirib. Ekstremistlərin
olduğu mənzilə edilən hücum nəticəsində bir terrorçu öldürülüb, biri isə
yaralanıb.
Həlak olanın 35 yaşlı Əlcəzair sakini Belkaid Muhamed olduğu bildirilir.
Salah Abdeslam isə Avropada ən çox axtarışda olan şəxslərdən biridir. O, 2015-ci ildə baş vermiş Paris terror aktlarında şübhəli bilinir.
S. Abdeslam 2015-ci il noyabrın 26-da beynəlxalq axtarışa verilib. Dekabrda KİV-də onun izinin itirildiyi haqda xəbər yayılıb. İlkin versiyalara görə, onun ya Belçikada, ya da Suriyada gizləndiyi deyilirdi.
Xatırladaq ki, Paris terroru nəticəsində 130 nəfər həlak olub, 350-dən çox insan isə yaralanıb.
Miq.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL