Parisdə partlayış: kommuna meri yaralanıb, 4 nəfərin vəziyyəti ağırdır
Paris yaxınlığında yerləşən Vilpent kommunasında karnaval zamanı baş verən partlayışda 4 yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Otuza yaxın şəxs yardım üçün həkimə müraciət edib. Partlayış karnavalda müqəvvanın yandırılması mərasimi zamanı baş verib. Taxta və digər bərk metallar uşaqların çoxluq təşkil etdiyi kütləyə doğru səpələnib. Hadisədə Vilpent merinin ayağından yaralandığı xəbəri verilir. Polis hadisəni ehtiyatsızlıq üzündən baş verdiyini bildirib və terror olmadığı açıqlayıb.
Miq.Az