Paşinyan Arayiklə "sülhməramlı"lara baxışlarında heç bir fərq olmadığını dedi...

Paşinyan Arayiklə
Nikol Paşinyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında  bəyan edib ki, separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanla hər gün bir-birləri ilə əlaqə saxlayırlar. O,əmin edib ki, onların Rusiya "sülhməramlı"larının cəlb olunması məsələsinə baxışlarında heç bir fərq yoxdur.

Moderator.az xəbər verir ki, bu haqda erməni teleqram-kanalları məlumat yayıb.
 
"Digər məsələlərdə onun Dağlıq Qarabağın prezidenti, mənim isə Ermənistanın baş naziri olduğum üçün fərqli baxışlar var. Burada qorxmalı nə var ki? Müzakirə də var, söhbət də var. Mən Dağlıq Qarabağ prezidentinin, Milli Məclisin fraksiyalarının, vətəndaş cəmiyyətinin, siyasi qüvvələrin fikrinə hörmətlə yanaşıram və bu fikirlərə münasibət bildirmək hüququnu özümdə saxlayıram. Səmimiyyət, qarşılıqlı hörmət mühiti hər şeydən önəmlidir”, - deyə Paşinyan bildirib.
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az