PKK lideri CHP-yə birlik çağrışı etdi-"Ərdoğana qarşı birləşək"
PKK-nın Öcalandan sonra ikinci lideri kimi qəbul edilən Cəmil Bayık terror təşkilatına yaxın qəzetlərdən birində yazı ilə çıxış edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "faşist" , "diktator" adlandırıldığı yazıda, terrorbaşı Cümhuriyyət Xalq Partiyasına müraciət edib.
"Tayyib Ərdoğan "faşist diktaturası" qurmaq üçün "Türkiyəni parçalanmaqdan xilas edirik" yalanını danışır . Ərdoğan indi "kürd düşmənçiliyi" üzərindən faşist qüvvələri və bütün "kürd düşmənlərini" yanına alaraq hegemoniya qurmaq istəyir. Hər gün kürdlərə (PKK oxu) hücum etməsi, HDP-ni hədəf seçməsi, bu məqsədə bağlıdır. Özünə Atatürkçü deyən qüvvələr, CHP bu həqiqəti görməlidir. Bu məqsədlə hamımız, bütün demokratiya istəyən qüvvələr birləşməlidir", - deyə terrorbaşı qeyd edib.
Miq.az