Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə sakini Əli Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən "Makarov” markalı tapança, 2 ədəd patron darağı və 14 ədəd patron da aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR