Vətəninfo.az xəbər verir ki, Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Orxan Aslanov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil Şəmkir rayon sakini, 1952-ci il təvəllüdlü Saleh Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Hadisə zamanı 62 yaşlı S.Hüseynov dünyasını dəyişib.
“Hyundai Sonata”nın sürücüsü, onun anası, atası və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta ağır olduğunu bildirirlər. Məlumata görə, Orxan Aslanov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis nəfəri işləyir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR