Polis rəisi intihar etdi - FOTO
İntihar olayı ilə bağlı istintaq davam edir
Türkiyədə polis rəisi intihar edib. İstiPress Hurriyet-ə istinadən xəbər verir ki, bir müddətdir 36 yaşlı Bazar Polis Bölməsində vəzifə başına keçən 2 uşaq atası Fatih Ezber mənzilinin önündə, avtomobilinin içərisində tabel silahıyla başına atəş açıb. İntihar Bazar küçəsində, saat 18.00 radələrində meydana gəlib.
FETÖ istintaqı çərçivəsində qəsəbədəki araşdırma prosesinin Fatih Ezberə tapşırıldığı məlum olub. İntihar olayı ilə bağlı istintaq davam edir.
Miq.az