Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbə sakini Ağababa Rəhimov ünvanına gələn inzibati protokoldan təəccüblənib.
Miq.az xəbər verir ki, bu barədə Avtosfer.az-a müraciət edən vətəndaş deyir ki, ona gələn MMX 7787848 nömrəli protokola idarə etdiyi VAZ 2105 markalı, 10 FG 836 dövlət nömrə nişanlı avtomobili ilə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 253-cü km-də radara düşdüyü qeyd olunub.
Amma maraqlısı odur ki, onun avtomobilinin nömrəsi və markası yazılan protokoldakı fotoda tamamilə başqa dövlət nömrə nişanı olan "Prado" markalı avtomobil var. Sürücü deyir ki, heç vaxt həmin istiqamətdə hərəkət etməyib. Həmçinin şəkildəki "Prado" da onun deyil. Çünki protokolun altında yazılan VAZ 2105 markalı avtomobili sürür.
Sürücü DYP-yə müraciət edərək məsələnin araşdırılması və həllini tapmasını xahiş edib.


Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?