Azərbaycan Prezidentinin Sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsinin bir qrup əməkdaşı orden və medallarla təltif edib.
“Veteninfo.az”ın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Gəncə şəhərində ictimai-siyasi sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə təxribat-pozuculuq və terror aktları planlaşdıran silahlı qrup Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsi tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilmişdir.
Gəncə şəhərində keçirilən xüsusi əməliyyat zamanı göstərdikləri şücaət və igidliyə görə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli Sərəncamı ilə orden və medallarla təltif olunmuşdur. Sərəncama əsasən, polkovnik-leytenant Elşad Quliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Qartal” xüsusi təyinatlı dəstəsinin digər əməkdaşları isə “Vətən uğrunda” , “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişlər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR