Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də İndoneziya Respublikasının energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Vətəninfo.az-ın xəbərinə görə, Azərbaycan ilə İndoneziya arasında ikitərəfli münasibətlərin siyasi sahədə yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini qeyd edib. Neft sektorunda əməkdaşlığı və eləcə də ölkələrimiz arasında böyük ticarət dövriyyəsinin mövcudluğunu münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin iqtisadi, enerji, ticarət və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Nazir Sudirman Said İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi, enerji, neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu xüsusi qeyd olunub.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş edib.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA