Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda “Bulvar Hotel”in açılışında iştirak ediblər.
Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, “Bulvar Hotel” “Absheron Hotel Group”a daxildir və bu qrupun dördüncü otelidir. Beşulduzlu yeni otel həm də “Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi “Autograph Collection”un rəsmi üzvüdür.
Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında yerləşən “Bulvar Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. Oteldə 818 nömrə var. “Bulvar Hotel”in paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.
Otelin tikintisi zamanı əsas meyar qonaqların rahatlığını maksimum yüksək səviyyədə təmin etməkdən ibarət olub. Burada müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün də geniş şərait yaradılıb.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR