Prezidentin köməkçisi: “Koronavirusun ölkə daxilində yayılma tendensiyası başlayıb...”

Prezidentin köməkçisi: “Koronavirusun ölkə daxilində yayılma tendensiyası başlayıb...”
Ölkədaxili karantinin miqyası genişlənməyə doğru gedir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev belə deyib.

"Bu günə qədər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda koronavirus idxal olunan bir xəstəlik kateqoriyasında gedirdi. Dövlətimiz tərəfindən preventiv şəkildə həyata keçirilən tədbirlərin bilavasitə nəticəsidir ki, son dövrə qədər Azərbaycan Respublikası bu kateqoriyada idi. Amma xəstəliyin yayılması tendensiyası onu göstərir ki, bu çox yayıcı və yoluxucu xüsusiyyətə malikdir. Ona görə də bu virusun ölkə daxilində yayılma tendensiyası gedir", - deyə Hikmət Hacıyev vurğulayıb.
 
O bildirib ki, bu günə qədər dövlət hesabına 10 minə yaxın Azərbaycan vətəndaşının təxliyəsi həyata keçirilib". 

"Hər bir vətəndaşımızın öz ölkəsinə gəlmək hüququ var və dövlətimiz də bu çətin şəraitdə vətəndaşlarımızın gətirilməsi üçün zəruri tədbirlər həyata keçirir", - deyə o bildirib.

Hikmət Hacıyev deyib ki, Azərbaycan dövləti vətəndaşlarının yanındadır.

"Vətəndaşlarımız da olduqları xarici ölkənin karantin rejiminə riayət etsinlər. Azərbaycan dövləti vətəndaşlarının yanındadır. Əvvəlki illərin təcrübəsi göstərir ki, beynəlxalq səviyyədə baş vermiş silahlı münaqişələr zamanı və təbii fəlakətlər zamanı Azərbaycan vətəndaşlarının təxliyəsi prosesləri həyata keçirilib", - deyə H.Hacıyev bildirib.
 





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az