Putinin nüvə təhdidləri: blef, yoxsa gerçək təhlükə?..

Putinin nüvə təhdidləri: blef, yoxsa gerçək təhlükə?..

"Çarəsizlik həddinə çatdırılan Putin öz məğlubiyyətini etiraf etməmək istəyində harayadək gedə bilər?.."
 

"Puntini çəkindirən ABŞ və NATO-nun cavabı qarşısında qorxusudur..."
 
"Rusiyanın hətta nüvə zərbələri Ukraynanın iradəsini sındıra bilməyəcək..."
 
"Putinin saxta bəyanatları özünün fəlakətli uğursuzluqlarına haqq qazandırmaq cəhdidir..."
 
"Kiyev və Vaşinqton nüvə hücumlarına yol verməmək, müharibəni udmaq üçün ikiqat səy göstərməlidir..."
 
Rusiya prezidenti Vladimir Putin bəyan edib  ki, "ölkəmizin ərazi bütövlüyü təhlükə altına düşərsə, Vətənimizin və xalqımızın müdafiəsi üçün biz, əlbəttə, sərəncamımızda olan bütün vasitələrdən istifadə edəcəyik" və əlavə edib: "Bu, blef deyil".
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşrində dərc edilən analitik məqalədə deyilir.
 
Bu təhdidlər, həmçinin, Rusiyanın Ukraynada döyüş meydanındakı aşkar uğursuzluqları yenidən sual doğurur: çarəsizlik həddinə çatdırılan Putin öz məğlubiyyətini etiraf etməmək istəyində harayadək gedə bilər?
 
Taktiki nüvə silahı nisbətən az gücə malikdir. Onun vuracağı zərərini 2020-ci ilin avqustunda Beyrutda pis şəraitdə saxlanılan bir neçə min ton ammonium-nitratın partlayışı ilə müqayisə etmək olar. Bunlar qorxunc dağıntılardır, bununla yanaşı, total nüvə  mübadiləsində istifadə ediləcək silahla heç cür müqayisə edilə bilməz.
 
Hesab edilir ki, Rusiyanın min vahid taktiki nüvə silahı var. O, bunları NATO-nun on adi qeyri-nüvə silahlarının gücünü kompensasiya etmək üsuludur. Lakin takriki nüvə silahının hərbi faydası yüksək dəqiqli qeyri-nüvə silahı ilə müqayisədə kifayət qədər  məhduddur.
 
Əlbəttə, bu müharibədə Rusiyanın yüksək dəqiqli döyüş sursatları çox vaxt hədəfə düşməyib, həm də onlar çatışmır. Lakin taktiki nüvə silahı onları gerçəkdən əvəz edə bilməz: uzunmüddətli hərbi effekt üçün çoxlu sayda döyüş sursatından istifadə edilməlidir.
 
"The Economist" yazır ki, Hindistan-Pakistan ssenarilərinin birində belə nəticəyə gəlinir ki, beş kiloton nüvə bombası müəyyən bir ərazidə bir-birindən aralı yerləşən 13 tankı məhv edə bilər. İstənilən halda Rusiya hərəkət edən hədəfləri aşkar edib məhv etmək sahəsində çox az qabiliyyəti olduğunu nümayiş etdirib.
 
Narahatlıq doğuran məqam odur ki, Rusiya taktiki nüvə silahını döyüş meydanında fayda qazanmaqdan daha çox məcburetmə aləti kimi istifadə edəcək.
 
NATO baş katibinin sabiq müavini Rouz Qottemüller Qara dəniz üzərindən və ya Ukraynanın hərbi obyektinə tək zərbənin endirilməsinin mümkünlüyünü göstərir. O, güman edir ki, "məqsəd ukraynalıları dəhşət içində təslim olmağa vadar etmək ola bilər".
 
Ukrayna bazasına və ya Qara dəniz üzərindən taktiki nüvə zərbəsi 1945-ci ildən bəri nüvə silahından ilk dəfə istifadə edilməsinin əlamətdar məqamı ola bilər, lakin bu, Ukraynanın və onun Qərb müttəfiqlərinin hücum əməliyyatlarının mütləq dayandırılması demək olmayacaq.
 
"Rusiyanın hətta nüvə zərbələri Ukraynanın iradəsini sındıra biləcəyini təsəvvür etmək çətindir", - Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Valeri Zalujnı sentyabrın 14-də dərc etdiyi müəllif essesində yazıb.
 
Böyük Britaniyanın baş naziri Liz Trass deyib ki, "Rusiya prezidentinin "saxta bəyanatları", sadəcə, "özünün fəlakətli uğursuzluqlarına haqq qazandırmaq cəhdidir", ABŞ prezidenti Co Bayden isə deyib ki, "Putininn Avropanın ünvanına açıq  nüvə təhdidləri nüvə silahının yayılması rejimi ilə bağlı öhdəliklərinə etinasız yanaşdığını" nümayiş etdirir.
 
Bu, Rusiyanın bəyan edilən siyasətindən geri çəkilməsidir. Putin keçmişdə dəfələrlə nüvə müharibəsinin yolverilməzliyi barədə danışıb. Son illər Rusiya nüvə silahının tətbiq edilməsinin həddini yüksəldib- "2000-ci ildə Rusiya Federasiysiyasının milli təhlükəsizliyi üçün kritik vəziyyətlərdən" 2014-cü ildə "dövlətin mövcudluğu təhlükə altında olacağı təqdirdə adi silahların tətbiqilə təcavüzədək" dəyişib. 
 
Mümkündür ki, Putin öz rejiminin sağ qalmasını dövlətin sağ qalması ilə eyniləşdirir və Ukraynada məğlubiyyətinə ekzistensial məsələ kimi baxır. Əgər Rusiya ordusu Ukraynanın cənubunda o dərəcədə darmadağın edilərsə, Ukrayna qoşunları Krımı geri qaytararsa, bu da Putini böyük riskə getməyə vadar edə bilər.
 
Lakin nüvə qadağasının pozulmasına yönələn istənilən qərar Rusiyanın dost və ya hələlik sanksiyalara qoşunlmayan Çin və Hindistan kimi ölkələrlə münasibətlərini təhlükə altına qoya bilər və bu ölkəni izqoy statusunu təsdiq edə bilər. 
 
Ukraynaya zərbə isə Putinin müharibənin başlanmasından can atdığı nəticənin tam əksinə olan nəticəyə-Ukraynaya Qərb qüvvələrinin göndərilməsinə gətirib çıxara bilər.
 
Bundan başqa, Putin diktaturaya meylli olsa da, Rusiyada bununla bağlı qərar verən yeganə şəxs deyil. "Nüvə çamadanı"nı üç məmur gəzdirir və raket qoşunlarına əmrlər verir: prezident Vladimir Putin, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Gennadi Gerasimov. Bəzi məlumatlara görə, əmrin qüvvəyə minməsi üçün üç terminallardan ikisi kod göndərməlidir. Belə mühüm əmrə etinasız yanaşılarsa və o, ya ləğv edilərsə, bu, Putinin nüfuzu üçün ölümcül nəticəyə gətirib çıxara bilər.
 
Avroatlantik Şuranın eksperti, Skoukfort adına strategiya və təhlükəsizlik Mərkəzinin direktoru, ABŞ müdafiə nazirliyi və kəşfiyyat birliyində nüvə silahı üzrə sabiq ekspert Mett Kroyniq "Putinin nüvə təhdidlərinə ciddi yanaşmağı", lakin bu zaman fəaliyyətdə olmaqda davam etməyi məsləhət görür. Kiyev və Vaşinqton "nüvə hücumuna yol verməmək üçün geri çəkilməməli, "müharibəni udmaq üçün ikiqat səy göstərməlidir". 
 
Nəticə etibarilə Ukrayna qoşunları Rusiyanın özünün ərazisi hesab etdiyi Krımda olan hərbi obyektlərə də, Rusiyanın tanınmış sərhədləri daxilində yerləşən Belqorod vilayətinə də zərbələr endirib, lakin "nüvə cavabı" verilməyib.
 
Kroyniq sual edir: "Putin nədən nüvə silahı tətbiq etməyib? Onu çəkindirən ABŞ və NATO-nun cavabı qarşısında qorxusudur. ABŞ və NATO bu qorxulardan yararlanmalı və özünün çəkindirmə təhdidlərini gücləndirməlidir".
 
Müəllif: Aleksandra Appelberq


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az